Şəbəkə İnzibatçılığı
Şəbəkəni burada öyrən!
Şəbəkə inzibatçısı dedikdə ağlınıza ilk öncə internet gələ bilər. Ancaq Şəbəkə inzibatçıları insanları internetlə təmin etməkdən əlavə bir sıra daha önəmli işlərlə də məşğuldurlar. Məsələn təmin olunmuş internetdən təhlükəsizcəsinə istifadə etmək, bütün istifadəçilərin şirkət daxili resurslara bağlantılarının yaradılması, və bir şirkətin işləyə bilməsi üçün bütün topologiyanın idarə olunması kimi önəmli işlərlədə məşğuldurlar. Şəbəkə inzibatçılığında işləyən biri yəni Şəbəkə İnzibatçısı hal hazırda dövrümüzün tələb olunan insanlarından da biri sayılır.
Yeni Videolar
Kompyuter şəbəkələrinin əsasları
Mövzu
Monday, November 19, 2018
Şəbəkənin əsaslarını öyrənmək şəbəkəyə giriş etməyin ilk addımı deməkdir. Yəni hər hansı bir şeyi öyrənməzdən ilk əvvəl həmin öyrənəcəyiniz məlumatın nələrdən ibarət olduğunu bilmək qızıl qaydalardan biridir. Siz burada Şəbəkə necə işləyir, hansı qurğulardan istifadə olunur, hansı növ topologiyalar və Geografiyalar var, Kabel tipləri və bənzəri bir sıra digər məlumatlarla tanış olacaqsınız. Əyər Şəbəkəni öyrənməyə yeni başdan başladmısınızsa məsləhət bilərdim ilk başdan bunları öyrənəsiniz. Sonra daha dərin mövzularla davam edəsiniz.

Toplam 29 video:
Şəbəkə necə işləyir?

Qurğuların bir biriləri ilə xəbərləşməsi kimi bir sıra mərhələlər və prosseslər il bağlı .......
Ethernet kabel tipləri və xüsusiyyətləri

Bağlantı üçün istifadə olunan kabel tipləri, onların xüsusiyyətləri və xarakterisitikaları kimi bir sıra digər ......
Qurğularla ilkin tanışlıq

Şəbəkə ortamında istifadə oluna qurğuların iş prinsiplər xüsusiyyətləri və istifadə olunduqları şəraitlərlə bağlı digər  ......
OSI Referans Modeli

Məlumat köçürülməsi zamanı qurğuların programların birləşərk məlumat transferi etməyinin mərhələlərlə ......
. .
 

İP (İnternet Protokolu)
Mövzu
Monday, November 19, 2018
İP - İnternet Protokolu şəbəkənin ən ən ən önəmli nöqtəsidir desəm yalan olmaz. Çünki şəbəkədə elə bir iş yoxdur ki onu etdikdə siz İP dən istifadə etmiyəsiniz. İP Haqqında bu bölümdə siz "İP sinifləri (İP Classes), Subnetting, CİDR, VLSM kimi çox önəmli mövzuları öyrənəcəksiniz. Bu bölümü təklif edirəm dərindən mənimsəyəsiniz. Çünki gələcək videolarım bütün olaraq bu protocol üzərində davam edəcək. Bir İP yə baxaraq onun hansı hansı İP sinifinə ait olduğunu, Subnet İD-si və Broadcast ünvanını ilk baxışdan anladığınızda artıq hazır olacaqsınız

Toplam 15 video:
IP Terminologiyası

İP (İnternet Protokolu) nədir harada istifadə olunur, neçə bitdir kimi suaların cavabını .......
İP adres sinifləri

İP bir neçə sinifə bölünür və bunların mənimsənilməsi çox önəmlidir. Class A, Class B, Class C əasa siniflərdi......
VLSM nədir ?

CİDR şəbəkələrin əksinə VLSM ilə subnetlənmiş bir İP nin hər bir segmentində fərqli sayda host ........
Subnetting Class C

Ən çox görəcəyimiz İP Class
C Class olacq. Toplam 254 Host üçün ev sahibi ola biləcək bu Class .....
 

Cisco İOS və qurğu ayarları
Mövzu
Monday, November 19, 2018
Cisco İOS (Internetwork Operating System)  öyrənilməli olan əsas mövzulardan biridir. Beləki Cisco İOS Cisco qurğularını idarə edən bir əməliyyat sistemidir. (Əslində hər istehsalçı qurğunun özünə xas əməliyyat sitemi olur. Məsələn HPE-də Comware və ya ArubaOS. Biz cisco - ya fokuslandığımız üçün İOS-dan danışacağıq.) Cisco İOS şəbəkədə baş verən paket switching, Routing, Təhlükəsizlik kimi vəzifələri yerinə yetirir. (Bu İOS-u Windows əməliyyat sistemi kimi düşünün. Sadəcə mahnıya qulaq asıb videoya baxa bilmirik. Ama əvəzində Routing, Switching edirik. ))

Toplam 24 video:
CISCO IOS haqqında

İOS əməliyyat sisteminin yaradılmas və onun qurğular daxilində işləmə prinsipləri kimi bir sıra məlumatlar ........
Cisco IOS olan qurğuya bağlantı

Cisco İOS ƏM (Əməliyyat sistemi) - ilə işləyən qurğulara bir neçə bağlantı qaydası vardır. Bunalar .......
CLI User Mod-lar

Command Line İnterface Cisco qurğularını (Həmdə başqa vendor qurğuları) idarə etmək üçün olan ........
Administrativ konfigurasiyalar

Hostname-, Bannerlər, Parol ayarları, Port təsvirləri kimi bir sıra qurğuları idarə etmək ......
. .
 

Təbəqə 2 Switching
Mövzu
Monday, November 19, 2018
Switching şəbəkədə hostların bir biriləri ilə bağlantı qura bilmələri üçün yaradılmış bir termindir. Bu bağlantını yarada bilmək üçün bir neçə qurğu vardır. Bunara misal olaraq biz HUB, Repeater, Switch, Bridge, qurğularını nümunə gətirə bilərik. Bu qurğuları bir birindən fərqləndirən xüsusiyyətlər vardır. Məsələn Switchlər HUB-lardan və Repeater-lərdən sürət və ötürücülük xüsusiyyətlərinə görə fətqlənir. Ama Bridglər və Switchlər hardasa eyni xüsusiyətlərə malikdir ki əsas fərq Switchlər 1000 port-a kimi olarkən Bridglər 4 ya 8 port ola bilir. Bu qurğular və Switching terminləri ilə daha yaxından tanış olacağıq.

Toplam 38 video:

Switch funksiyaları və iş prinsipi

Switching prossesi 3 əsas funksiyadan ibarətdir. Bunlar Address öyrənmə, F .....
Address Learning

Address learning sayəsində switch məlumat qəbul etdiyi hostun source Mac addressini alır və ......
Forward/Filter qərarları

Address-lər portlara qeyd edildikdən sonra növbə çatır Forward /Filter qərarlarına .......
EtherChannel PAgP və LACP

Switchlər arasında bəzən bizim çox böyük bant genişliyinə ehtiyyacımız olur. Bu vaxtı biz ...
. .
 

İP Routing
Mövzu
Monday, November 19, 2018
IP Routing dedikdə ağlınıza iki fərqli şəbəkə və bu şəbəkələr arasında bağlantı yaradıla bilmək üçün istifadə olunan bir termin gəlsin. Bildiyiniz kimi eyni Subnet-də olan İP qurğular bir birileri ilə asanlıqla əlaqə yarada bilirlər. Ancag müxtəlif İP ünvan-lara sahib olan hostlar (Qurğular) bir birləri ilə Routing olmadıqca əlaqə yarada bilməzlər. Məsələn 192.168.10.22 ünvanlı li bir qurğu 10.10.30.56 ünvanlı qurğu ilə Routing olmadığı müddətdə xəbərləşə bilməz. Bu an bizə İP Routing lazım olacaq. Routing Prossesi 3 fərqli növə bölünür. Bunların hər biri ilə ayrıcalıqda tanış olacağıq.

Toplam 28 video:

Routing Növləri

İstifadə olunan 3 sinif routing vardır. Bunlar Static Routing, Dinamic Routing və Default routing dir......
Static Routing

Əslində static routing ilə biz bütün şəbəkəmizi idarə edə bilərik ancaq şəbəkə böyüdükcə .....
Dynamic Routing

Dinamik routing hal hazırda ən çox isitfadə olunan routing qaydasıdır. Çünki statik routing ilə ....
Default Routing

Bir şəbəkədə məlumatın haraya getməsindən asılı olmayaraq bütün paketləri biz bir ünvana ya da .......
. .
 

Təhlükəsizlik
Mövzu
Monday, November 19, 2018
Təhlükəsizlik hal hazırda dövrümüzün ən önəmli nöktələrindən biridir. Bu sadəcə şəbəkə üçün keçərli deyil. Bütün sahələrdə təhlükəsizlik önəmlidir. Vətən sərhədləri, Önəmli təşkilatlar, Böyük binalar və.s mütlək təhlükəsizliyə ehtiyyac duyur. Şəbəkədə də təhlükəsizlik çox çox önəmlidir. Ən kiçik nümunə götürsək WPS-i açıq bir Access Point fikirləşin. Yəgin ki WI-FI parolunun qırılmasının bir qədər asanlaşdığını təxmin etdiniz. Bu sizə təhlükə yaratmasada istəmədiyiniz insanların sizin internetə bağlantı yaradaraq sürətinizi minimuma endirməsi garantidir. Ancaq Advance User (Biraz inkişaf etmiş  biri) sizin bağlı olduğunuz şəbəkədə sizin ziyarət etdiyiniz saytları və istifadə etdiyiniz parolları öyrənə bilər. Bu məsələlərlə yaxında daha dərindən maraglanacağıq.

Toplam 0 video:

Standart ACLs

Şəbəkədə biz limitləmələr edə bilmək üçün ACL (Access Lists) istifadə edirik. Bunlar həm standart .....
DHCP Snooping

Bəzən biz həvəskar və ya bəzəndə peşəkar Hacker-lərin hücumlarına məruz qala bilərik ....
Named ACL-lər

Bu tip ACL lar həm standart həmdə Extended ola bilər lər. Əsas xüsusiyyət isə bunlar arasında .....
DDoS - Attack

Distributed denial-of-service adlandırılan bu Attack bir qurğunu tamamilə fiziki olaraq çökdürə .....
. .
 

NAT (Network Address Translation)
Mövzu
Monday, November 19, 2018
NAT - Network Adress Translation bizi mümkün ola biləcək İP qıtlığından qoruduğunu desəm yalan olmaz. NAT əslində istifadə olunur bizim local şəbəkəmizi internet ilə təmin etmək üçün. İP Subnetting ilə bağlı dərsləri izlədinizsə bilirsiniz ki bizim istifadə edə biləcəyimiz 4,294,967,296 (2^32) İP address mövcuddur. Ama onlardan 3,706,452,992 ədədi  public adres dir hansı ki NAT üçün istifadə olunur. Dünyada 7.7 Milyard əhali var. Bunların 4 milyardında ən azından telefon var. NAT olmasaydı bizim hal hazırda istifadə edə biləcəyimiz bi İPv4 kütləmiz olmazdı.

Toplam 0 video:

Static NAT

Statik nat quraşdırıldıqda bir private İP address bir Public İP addressinə tərcümə olunur.  Bu əslində çox ......
Dinamic NAT

Dinamic NAT çoxda static NAT-dan fərqlənmir əslində. Dinamic NAT-ın staticdən tək fərqi İP lərin .....
PAT Overload

Dövrümüzdə istifadə olunur PAT (Port address translation). Bu NAT növü ilə biz minlərcə İP addressi .....
Troubleshooting NAT

Bəzən NAT bizə problem yarada bilər. Beləki bizim interne istifadəmiz itə bilər və ya router ......
. .
 

IPv6 (Internet Protokol versiya 6)
Mövzu
Monday, November 19, 2018
İPv6 - İnternet Protocol version 6. Bu protokolun yaradılma səbəbi İPv4 istifadəsinin tükənməsi oldu. Yəni hal hazırda potensial təhlükədir ki İPv4 tükənə bilər. Bunun üçün İPv6 yaradıldı ama İPv4 ilə aralarında çox fərqliliklər ilə gəldi. Məsələn İPv6 də istifadə oluna biləcək İP sayı 2^128 = 340,282,366,920,938,463,463,374,607,431,768,211,456 - dır. Oxuya bilmədiniz hə? İndi birdə düşünün ki bu tükənə bilər. Yox düşünməyin. Çünki günəş sisteminin bütün canlılarına kifayət edəcək bir rəqəmdir bu. İPv6 bir sıra digər xüsusiyyətlər də vardır ki dərslərimizdə bunu müzakirə edəcəyik.

Toplam 0 video:

İPv6 protokolu

İPv4 - ün tükənməsi təhlükəsi nəzərə alınaraq yaradılan bu protokol v4 dən həqiqətən bəzi xüsusiyyətlərinə
RİPng protokolu

İPv4 də olan RİP routing protokolu v6 üçün ad olaraq dəyişdirilərək RİPng oldu. Əslində gördükləri ....
İPv6 strukturu

Versiya 6 biraz əvvəlki İP versiyadan fərqlənir. Belə ki yeni versiya da təhlükəsizlik "built-in" gəldi .....
OSPFv3 protokolu

İPv4 üçün OSPF routing OSPFv2 adlanır. Versiya 6 üçün isə bu ad dəyişdirilərək OSPFv3 oldu......
. .
 

WAN texnologiyaları
Mövzu
Monday, November 19, 2018
WAN Texnologiyaları dedikdə ağlımıza bizi internetə çıxa bilməmizə köməklik edən Protocollar və Qurğular gəlir. Məsələn bizim internetə çıxa bilməmiz üçün ilk öncə bizə İSP (İnternet service provider) dən verilmiş olan unikal bit İP ünvan lazımdır. Bu İP nin olması bizim internetə çıxmağımıza kifayət deyil. Əlavə olaraq bizə NAT (Network address translation) protocolu lazımdır. Düşündünüz sə ki indi bizim internetə çıxışımız hazırdı tam olaraq doğru sayılmaz. Çünki həmdə internetə çıxa bilməmiz üçün bizə əlavə olaraq da Router adlanan qurğu lazımdır ki bunun yüzlərcə növü vardır. Bu protocollar və qurğular ilə daha yaxında dərindən tanış olacağıg.

Toplam 0 video:

PPP protokolu

Point-toPoint adlandırılan bu protokol bir neçə xüsusiyyətə sahibdir. Serial interface .......
GRE Tunel protokolu

GRE - Generic Routing Protocol olaraq adlandırlır. GRE də bağlı olan qurğular bir birilərini Direct con ......
MLP protokolu

Multilink Point to Point protocol. Bu protokol əslində PPP dir. Sadəcə bir serial interface yox bir neçə......
HDLC

HDLC protokolu PPP ilə eyni işi görürlər desəm yalan olmaz. Ancaq HDLC çox istifadə olunmur ....
. .
 

INFO
Kənan Kərimov
Azərbaycan / Qəbələ
Email: kenan.kerimov@izleoyren.az
Sosial Şəbəkələr
 
 
Admin Haqqında
Kənan Kərimov. Şəbəkə/Sistem İnzibatçısı.
Bu web saytı hazırlama səbəbim İT ixtisasına marağı olan ancaq ingilis dili ilə problemlər yaşayan dostlara kömək olmaqdır. Azərbaycan dilində İT ixtisası ilə bağlı məlumat azlığı var. Bacardığım qədər milli dilimizdə məlumatlar hazırlayacam. Sizlərə köməyi varsa nə xoş mənə.